Regionun ən böyük şokolad fabriki Ermənistanda açılacaq

21 Yanvar 2026 10:59 (UTC+04:00)

Regionun ən böyük şokolad fabriki Ermənistanda açılacaq. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan çərşənbə axşamı tikinti sahəsinə baş çəkdikdən sonra sosial mediada bu barədə məlumat verib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Papoyan qeyd edib ki, investor olan Wellar Group (İrəvanda mövcud şirniyyat fabrikinə sahib olan İsveçə məxsus şirkət) layihəyə 145 milyon avro sərmayə qoyacaq və 2000 yeni iş yeri yaradacaq.

İşlərin əksəriyyəti artıq başa çatıb (120 milyon avro sərmayə qoyulub). Tam istehsalın üç il ərzində başlanması və bundan sonra gündəlik 200 ton gücünə çatması planlaşdırılır.

Nazir qeyd edib ki, şirkət avadanlıq idxalına gömrük rüsumundan azadolma, eləcə də istehsal infrastrukturunun tikintisi üçün subsidiyalardan yararlanıb.

Qeyd etmək lazımdır ki, 2024-cü ildə Ermənistan 20 milyon dollardan çox şirniyyat məhsulları ixrac edib ki, bunun da 12 milyon dollardan çoxu AİB ölkələrinə (o cümlədən 11 milyon dolları Rusiyaya) gedib.