Dünya bazarında neft ucuzlaşıb

21 Yanvar 2026 09:53 (UTC+04:00)

Qlobal əmtəə bazarlarında neft ucuzlaşıb.

SİA xəbər verir ki, WTI markalı xam neftin Nymex-də bu ilin mart fyuçersləri 0,59 dollar və ya 0,96% azalaraq bir barel üçün 59,77 dollar səviyyəsinə enib.

Eyni zamanda, Brent markalı xam neftin ICE birjasında bu ilin mart fyuçersləri 0,72 dollar və ya 1,11% azalaraq 64,20 dollar təşkil edib.

Analitiklər qeyd edirlər ki, neft qiymətlərində sutkalıq azalma qlobal iqtisadi artımla bağlı ehtiyatlı gözləntilər, tələbin zəifləyəcəyi ilə bağlı narahatlıqlar və maliyyə bazarlarında riskdən yayınma meyllərinin güclənməsi fonunda baş verib.