Yaxın günlərdə Ukrayna tərəfdaşlarından yeni enerji yardımı alacaq. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün teleqram kanalında bildirib. O, qeyd edib ki, yaxın günlərdə ölkəyə Azərbaycan, Slovakiya və Çexiyadan növbəti yardımlar daxil olacaq.
"Azərbaycanın təqdim etdiyi yardıma generatorlar, transformatorlar, kabellər, tibbi avadanlıqlar və digər humanitar dəstək daxildir. Bu yardım dağıdıcı atəşlərdən sonra Ukraynanın enerji infrastrukturunun bərpasında əsas rol oynayır" , - Baş nazir qeyd edib.
Mətləb Salahov