20 Yanvar faciəsi Sofiyada da anılıb...

20 Yanvar 2026 18:22 (UTC+04:00)

Sofiyada 18-ci “MENAR” Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan film gecəsi təşkil olunub.

SİA-nın əldə etdiyi məlumata görə, tədbirdə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş qısa videomaterial, eləcə də Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunmuş “Dərs” filmi nümayiş etdirilib.

Tədbirin açılış mərasimində çıxış edən ölkəmizin Bolqarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Çingiz Qəribli 20 Yanvar faciəsinin Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu bildirib. Qeyd edilib ki, sovet ordusu 20 Yanvar qırğınını törətməklə Azərbaycan xalqının azadlıq əzmini qırmaq istəsə də, həmin hadisələr xalqın müstəqillik iradəsini daha da gücləndirdi.

Azərbaycan film gecəsində nümayiş etdirilən filmlər qonaqlar tərəfindən maraqla qarşılanıb.