ADSEA-nın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2026 17:48 (UTC+04:00)

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov və Agentliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

SİA xəbər verir ki, Azərbaycanın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.