ANAMA-nın İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

20 Yanvar 2026 16:49 (UTC+04:00)

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Şəhidlər xiyabanını ziyarət edib.

SİA xəbər verir ki, ANAMA-dan verilən məlumata görə onlar ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edərək məzarları üzərinə güllər düzüblər.