"Fitch" Ermənistanın reytinqini Azərbaycanla danışıqlarda irəliləyişlə əlaqələndirir

20 Yanvar 2026 16:47 (UTC+04:00)

Azərbaycanla sülh prosesində irəliləyişin əldə olunması Ermənistanın suveren reytinqinin artırılmasına kömək edə bilər.

SİA xəbər verir ki, bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Hanna Dimpker deyib.

O bildirib ki, geosiyasi risklərin və daxili siyasi qeyri-müəyyənliyin davamlı surətdə azalması sayəsində, o cümlədən Azərbaycanla sülh prosesində əhəmiyyətli irəliləyişin nəticəsi olaraq "Fitch Ratings" versiyasına görə Ermənistanın suveren reytinqinin yüksəldilməsinə müsbət təsir göstərə bilər.