Şəkidə 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, rayonun Çələbixan qəsəbə sakini, 40 yaşlı Kamran İsmayılovun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı xəsarət alan Kamran İsmayılov təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən yaralının müalicəsi həmin xəstəxanada davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.