Medianın İnkişafı Agentliyinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2026 15:19 (UTC+04:00)

Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndələri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

MEDİA-dan SİA-ya bildirilib ki, Agentliyin rəhbərliyi və kollektivi ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad edib.