Serbiyanın paytaxtı Belqrad şəhərində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
SİA xəbər verir ki, tədbirdə Səfirliyin heyəti, Azərbaycan icmasının nümayəndələri, Azərbaycan Mədəniyyət və Dil Mərkəzi və "AzVirt" şirkətinin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
Səfir Kamil Xasiyev bildirilib ki, 20 Yanvar günü Azərbaycan xalqının nümayiş etdirdiyi vətənpərvərlik, birlik və müqavimət ruhu 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri zamanı öz tarixi missiyasını yerinə yetirib.
Hüzn əlaməti olaraq Azərbaycan Dövlət bayrağı Səfirliyin ərazisində yarıya qədər endirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.