AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

20 Yanvar 2026 14:22 (UTC+04:00)

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.