Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kollektivi 20 Yanvar faciəsinin 36‐cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
AMEA-dan SİA-ya bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin məzarları üzərinə qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.