"Bu qarşılaşma bizim üçün çox vacibdir" - PEDRO BİKALYO

20 Yanvar 2026 13:42 (UTC+04:00)

"Bu gün 20 Yanvardır. Bu tarix ölkəmiz üçün həm çox önəmli, həm də dərin hüznlə xatırlanan bir gündür. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların xatirəsi daim qəlbimizdə yaşayacaq". SİA-nın verdiyi məlumata görə, bu sözləri UEFA Çempionlar Liqasında növbəti oyunuma çıxan Qarabağın mətbuat konfransı zamanı klubun oyunçusu Pedro Bikalyo deyib.

Onun sözlərinə görə, oyunla bağlı qeyd edə bilərəm ki, bu qarşılaşma bizim üçün çox vacibdir: "Türkiyədə qısa müddətli mini toplanışımız oldu və bu vaxtdan maksimum yararlanmağa çalışdıq. Ümid edirəm ki, hazırlıq səviyyəmiz əvvəlkindən daha yaxşıdır və qarşıdakı oyunda daha uğurlu, daha inamlı çıxış edəcəyik".