Ümumxalq Hüzn Günü ilə əlaqədar ETSN-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2026 13:28 (UTC+04:00)

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirliyin rəsmiləri və əməkdaşları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.