Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

20 Yanvar 2026 12:55 (UTC+04:00)

20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında da yad edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, siqnallar verilib, qəhrəman Vətən övladlarının xatirəsi anılıb. Bayraqlar yarıya qədər endirilib.