İran internetin bərpası üçün son tarix elan etdi

20 Yanvar 2026 11:28 (UTC+04:00)

İranın elm, texnologiya və iqtisadiyyat üzrə vitse-prezidenti Hüseyn Əfşinin sözlərinə görə, İranda internetə çıxış 23 yanvardan gec olmayaraq bərpa olunacaq.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, "İnternet bu gün, sabah və ya ən geci həftənin sonuna (cümə) qədər normal vəziyyətə qayıdacaq", - Fars xəbər agentliyi onun sözlərini sitat gətirib.

Dünən bildirilib ki, 8 yanvar axşamı beynəlxalq internet tamamilə bağlandıqdan sonra İranda Google axtarışı yenidən istifadəçilər üçün əlçatan olub. İran hakimiyyəti SMS mesajlaşma xidmətlərini də blokdan çıxarıb.

Əvvəllər Tehran sakinləri evlərində yavaş bağlantılar barədə məlumat verirdilər, lakin mobil internetə çıxış hələ də əlçatan deyildi.

Lakin Telegram kanalları iddia edir ki, xidmətin bərpası elan edildikdən sonra Google xidmətlərinə giriş yenidən məhdudlaşdırılıb.