Mikayıl Cabbarov 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

20 Yanvar 2026 09:23 (UTC+04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı paylaşım edib.

SİA xəbər verir ki, paylaşımda qeyd olunub:

"20 Yanvar hadisələri xalqımızın azadlıq uğrunda mübarizliyini və sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi. Ümumxalq Hüzn Günündə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq".