Baş nazir və spiker Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2026 09:05 (UTC+04:00)

Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər.

SİA xəbər verir ki, onlar Azərbaycanın azadlığı uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.