Rusiya Prezidenti Vladimir Putin Qəzza vəziyyəti ilə bağlı Sülh Şurasına qoşulmaq üçün dəvət alıb.
SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Prezident Putin diplomatik kanallar vasitəsilə dəvət alıb”, deyə Peskov qeyd edib. Gələcək addımların və vaxtın detalları isə açıqlanmayıb.
Daha öncə bildirilib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev sabah Davosda ABŞ prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək.
Mətləb