Turin məhkəməsi İtaliyanın "Yuventus" klubunun Kriştianu Ronalduya 9,7 milyon avro ödəməsi ilə bağlı arbitraj qərarına verdiyi apellyasiya şikayətini rədd edib. "La Gazzetta dello Sport" nəşrinin məlumatına görə, arbitraj məhkəməsi 2024-cü ildə "Yuventus"u Ronalduya pandemiya dövründə təxirə salınmış maaş və bonusların bir hissəsi kimi 9,7 milyon avro ödəməyə məcbur edib. Sözügedən məbləğ 2021-ci ilə qədər razılaşdırılsa da, futbolçuya ödənilməyib və portuqaliyalı oyunçunun kluba qarşı iddia qaldırmasına səbəb olub.
Mətləb