Azərbaycanda mənzil bazarında qiymətlər bahalaşıb

20 Yanvar 2026 00:24 (UTC+04:00)

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin yanvar-dekabr aylarına nisbətən 12.2% artıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ötən il ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.7%, təkrar mənzil bazarında isə 12.2% artıb.

Qeyd edək ki, 2025-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin III rübü ilə müqayisədə 3,1 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 4,3 faiz, təkrar mənzil bazarı üzrə 3 faiz artıb.

Mətləb