Müdafiə yolu ilə qələbə əldə edilə bilməz...

19 Yanvar 2026 20:17 (UTC+04:00)

...SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski LB.ua saytına verdiyi müsahibədə bildirib ki, Ukrayna hücum əməliyyatları aparacaq, çünki qələbə müdafiə yolu ilə əldə edilə bilməz.

Onun sözlərinə görə, Rusiyanın 2026-cı il üçün qlobal planları dəyişməyib.

Düşmən bütün Ukraynanı ələ keçirməyi hədəfləyir və planlarından əl çəkmir.

...Bütün hücum əməliyyatları eyni qalır. Yalnız vaxt, silah miqdarı və şəxsi heyət dəyişir. Qalan hər şey eyni qalır. Başqa sözlə, onlar planlarına sadiq qalırlar. Biz strateji müdafiə əməliyyatı aparacağıq, - Aleksandr Sırski qeyd edib.

O, həmçinin müdafiə yolu ilə qələbənin mümkün olmadığını vurğulayıb.

...Buna görə də, müvafiq olaraq, biz hücum əməliyyatları aparacaq və əməliyyat təşəbbüsünü qorumaq üçün mübarizə aparacağıq.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı yekun olaraq bildirib ki, bu yanaşma rusların Müdafiə Qüvvələrinin aktiv hərəkətlərinin qarşısını almaq üçün əhəmiyyətli insan resurslarını, silahları və sursatı yerləşdirməyə və geri çəkməyə məcbur olması ilə nəticələnir.

Əli Babayev