Salyanda yol qəzası olub, ölən və yaralanan var

19 Yanvar 2026 19:17 (UTC+04:00)

Salyan rayonu ərazisində yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.