Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə SİA-ya qurumdan məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər qərənfillər düzülüb.