20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə SİA-ya SHXÇDX-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.
Sonra "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.