Qorbaçovun QARA ÜZÜ

19 Yanvar 2026 16:34 (UTC+04:00)

Mətləb Salahov: “Bu siyasi cəllad ona tapşırılmış missiyanı daha dağıdıcı şəkildə reallaşdırmaq üçün Bakı qırğınına üstünlük verdi”

“36 il öncə öz azadlığı üçün ayağa qalxan böyük bir xalqın istiqlal arzusunu boğmaq üçün Bakıya ordu yeritmək, yüzlərlə günahsız insanı öldürmək o zamankı Kreml rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun bəşəri cinayəti idi. Siyasi səbəblərə görə Nobel “Sülh mükafatı” verilmiş bu siyasi cəllad ona tapşırılmış missiyanı daha dağıdıcı şəkildə reallaşdırmaq üçün Bakı qırğınına üstünlük verdi.”

Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, o zaman SSRİ-nin digər bölgələrində də rejim əleyhinə böyük etiraz dalğaları baş qaldırıb, Gürcüstan və Pribaltika ölkələrində sovet rəhbərliyi əleyhinə etirazlar olsa da M.Qorbaçov ətrafındakı erməni şovinist müşavirlərinin istəyi ilə Bakıdakı azadlıq mübarizəsini qana boğmaq, SSRİ daxilində daha vahiməli vəziyyət yaratmaq üçün 200-ə qədər vətənpərvər azərbaycanlını qətlə yetirdi, 1000 nəfərə qədər fədakar vətəndaşımız yaralandı. “20 yanvar faciəsi həm də Azərbaycan tarixinə qanla qazanılmış azadlıq səhifəsi kimi daxil olub. Moskvadakı emissarlar və onların Bakıdakı siyasi nökərləri bu faciənin baş verməsi üçün çalışdılar. İkiyə bölünmüş Almaniyanın birləşdirilməsinə, SSRİ-nin süqutunu reallaşdırdığına görə Nobel Sülh mükafatı verilmiş M.Qorbaçov ilk əvvəl Azərbaycan xalqı və azadlıq tarixinə ÜZÜ QARA, insanlığa qarşı terror törətmiş, azadlığa qarşı silah tuşlayan alçaq kimi xatırlanacaq.”

Afət Tahirqızı