19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə “Şəhidlərin əziz xatirəsini hörmətlə anırıq” şüarı altında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş könüllü qanvermə aksiyası keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankında keçirilən qanvermə aksiyasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları və həkim-rezidentlər iştirak ediblər.