UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununa 24 500 bilet satılıb.
SİA xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.