Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

19 Yanvar 2026 14:39 (UTC+04:00)

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bu barədə SİA-ya Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, agentliyin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların məzarlarını ziyarət edərək onlara ehtiramlarını bildiriblər.