Oğuz rayonunun Padar kəndində qovaq növündən olan ağacların kəsilməsi və təbiətə 6 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən 51 yaşlı İlkin Mustafayev saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.