Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

19 Yanvar 2026 14:06 (UTC+04:00)

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən SİA-nın yerli bürosuna verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində yerləşən Qurd dərəsinin bir hissəsində 89 mm-lik qaz xəttində yaranmış sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar yanvarın 19-da saat 13:00-dan etibarən sözügedən ərazidə yerləşən təqribən 1000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.