Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşların xatirəsi hörmət və ehtiramla yad olunub.