...Qrenlandiya Rusiya Federasiyasının yaratdığı təhlükədən qurtulmalıdır və NATO bu barədə Kopenhageni təxminən 20 ildir xəbərdar edir.
SİA-nın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu TruthSocial sosial şəbəkəsində bildirib.
"NATO 20 ildir ki, Danimarkaya "Qrenlandiyadakı Rusiya təhlükəsindən qurtulmalı" olduğunu deyir. Təəssüf ki, Danimarka bu barədə heç nə edə bilməyib", - deyə Tramp qeyd edib.
ABŞ Prezidenti həmçinin vurğulayıb ki, artıq bunu dəyişdirməyin vaxtı gəlib çatıb və Rusiya təhlükəsi aradan qaldırılacaq.
Əli Babayev