Lənkəranda leysan yağışları daşqınlara səbəb olub

19 Yanvar 2026 12:43 (UTC+04:00)

Lənkəran rayonunda dünən gecədən başlayan yağışlar daşqınlara səbəb olub.

SİA-nın Cənub bürosunun məlumatına görə, leysan xarakterli yağış nəticəsində rayonun bəzi əraziləri daşqınlara məruz qalıb.

Yağıntı əsasən Lənkəranın Masallı rayonuna yaxın kəndlərində müşahidə olunur. Hazırda rayon ərazisində leysan xarakterli yağış davam edir.