Azərbaycanda akkreditə olunmuş diplomatlar Şəhidlər xiyabanını ziyarət edib

19 Yanvar 2026 12:42 (UTC+04:00)

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət edib.

SİA xəbər verir ki, onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.