Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək

19 Yanvar 2026 11:49 (UTC+04:00)

Yanvarın 20-də qatarlar qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) SİA-ya bildirilib ki, qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə əlaqədar yanvarın 21-dən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək.

Yeni qrafikə əsasən:

- Sumqayıtdan 07:30 və 08:00-da çıxan ekspres qatarlar Bakıxanovda da dayanacaq

- Bakıdan 18:05-də çıxan Pirşağı-Sumqayıt ekspresi isə Sabunçuda da dayanacaq.

Şənbə və bazar günləri cədvəl dəyişməz qalacaq.