Sosial müdafiə tədbirləri çərçivəsində bu günədək 7 700 şəxs avtomobillə təmin olunub - SƏDR

19 Yanvar 2026 11:41 (UTC+04:00)

Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən sosial müdafiə tədbirləri çərçivəsində bu günədək ümumilikdə 7 700 avtomobil təmin olunmuş, onlardan 567-si postmüharibə dövründə təqdim edilib.

SİA xəbər verir ki, bu barədə Agentliyin sədri Vüqar Behbudov məlumat verib.

Onun sözlərinə görə, sosial xidmətlərin əlçatanlığının artırılması məqsədilə 3 888 nəfər evdə sosial xidmətlərlə əhatə olunub. Xidmət göstərilən şəxslərin 2 969-u qadın, 919-u isə kişi olub. Eyni zamanda, sosial xidmətlərdən yararlananların 3 595 nəfəri ahıl şəxslər, 293 nəfəri isə 70 yaşdan aşağı olan və xüsusi sosial qayğıya ehtiyacı olan vətəndaşlardır.

Qeyd olunan göstəricilər Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi və onların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində sistemli və davamlı fəaliyyət həyata keçirdiyini nümayiş etdirir.