Sosial Xidmətlər Agentliyi ötən il sosial müdafiə tədbirləri çərçivəsində 245 imtiyazlı şəxsə əmək veteranı adı və müvafiq vəsiqə təqdim edib.
SİA-nın məlumatına görə, bu barədə Agentliyin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə əsasən, il ərzində 24 min imtiyazlı şəxs 30 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub. Eyni zamanda, şəhid ailələri, Vətən müharibəsi əlilləri və əlilliyi olan digər şəxslər daxil olmaqla 1 620 imtiyazlı vətəndaşa sanatoriya-kurort yollayışı verilib və onlar müalicə-sağlamlıq mərkəzlərinə göndəriliblər. Həmin şəxslərdən 96 nəfəri şəhid ailəsi üzvləridir.
Vüqar Behbudovun sözlərinə görə, Agentlik fəaliyyətə başladığı 2020-ci ildən bu günədək sanatoriya-kurort yollayışı ilə təmin edilən şəxslərin ümumi sayı 14 mindən artıqdır.