Sosial Xidmətlər Agentliyi fəaliyyətə başladığı dövrdən etibarən sosial müdafiə tədbirləri çərçivəsində 16 min nəfəri mənzillə təmin edib.
SİA-nın məlumatına görə, bu barədə Agentliyin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə əsasən, mənzil təminatı əsasən müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Bildirilib ki, Agentliyin son 6 il ərzində həyata keçirdiyi sosial xidmətlərdən ümumilikdə 600 min nəfər yararlanıb. Eyni zamanda, bu günədək 17 min 168 nəfər şəhid ailəsi üzvü müvafiq vəsiqə ilə təmin olunub.