Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə telefon danışığı aparıb. SİA-nın məlumatına görə, liderlər iki ölkə arasındakı münasibətləri və Suriyadakı son hadisələri müzakirə ediblər.
Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə önəm verdiyini bildirib. Türkiyə rəhbəri Suriya ərazisinin terrorizmdən tamamilə təmizlənməsinin həm Suriya, həm də bütün region üçün vacib olduğunu və Ankaranın Dəməşqə, xüsusən də terrorizmlə mübarizədə dəstəyinin artmağa davam edəcəyini vurğulayıb.
Mətləb