"Tarif təhdidləri..." - Almaniya Kanslerindən Trampa MESAJ

19 Yanvar 2026 02:03 (UTC+04:00)

Almaniya Kansleri Fridrix Mertz ABŞ Prezidenti Donald Trampa sərt xəbərdarlıq mesajı yayımlayıb. O bəyan edib ki, Ağ Ev rəhbərinin Almaniya da daxil olmaqla, bir neçə ölkəyə yeni tariflər tətbiq etməklə bağlı təhdidləri vəziyyətin gərginləşməsi və transatlantik münasibətlərə xələl gətirmə riskini daşıyır.
SİTAT: "Biz Danimarkanı və Qrenlandiya xalqını qətiyyətlə və vahid cəbhədə dəstəkləyirik. NATO üzvü olaraq, Arktikada təhlükəsizliyin gücləndirilməsinə sadiqik. Tarif təhdidləri transatlantik münasibətləri sarsıdır və eskalasiya riskini daşıyır", - deyə o bildirib.

Mətləb Salahov