Gəncədə avtobus "KamAZ"la toqquşub

19 Yanvar 2026 01:14 (UTC+04:00)

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var. Hadisə şəhər ərazisində qeydə alınıb. "Bakı Bus"a məxsus sərnişin avtobusu ilə "KamAZ" markalı yük maşını toqquşub.
Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Mətləb