Hindistandan Ermənistana növbəti silah partiyası göndərilib. SİA xəbər verir ki, “Solar Defence and Aerospace Limited” (SDAL) zavodundan Ermənistana ilk “Pinaka” idarə olunan raketlər göndərilib. Bu barədə Hindistanın müdafiə naziri Racnat Sinqh deyib.
Qeyd edək ki, Hindistan mediasının məlumatına görə, Ermənistan əvvəllər dörd “Pinaka” batareyasının tədarükü üçün müqavilə imzalamışdı ki, bu müqaviləyə çoxlüləli sistemlər və digər müdafiə avadanlıqları üçün idarə olunan raketlərin ixracı da daxil idi.
Mətləb