"Belə yerdə oynamaq istəmirəm" - ulduz futbolçudan "Real"a ŞOK!

19 Yanvar 2026 01:03 (UTC+04:00)

Madrid "Real"ının futbolçusu Vinisius Junior kral klubunu tərk etməyi düşünür. SİA xəbər verir ki, buna səbəb "Levante" ilə doğma meydanda keçirilən qarşılaşmadan öncə yerli azarkeşlərin onu fitə basmasıdır. Matça start verilməzdən əvvəl son dərəcə məyus görünən 25 yaşlı braziliyalı ulduz futbolçunu komanda yoldaşı Kilian Mbappe təsəlli etməyə çalışıb.

"El Periodico" nəşrinin məlumatına görə, ulduz futbolçu azarkeşlərin ona qarşı münasibətinə belə reaksiya verib: "Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm".

Mətləb