"Bild" nəşri məlumat yayıb ki, Almaniya ordusunun 15 nəfərlik hərbi heyəti gözlənilmədən Qrenlandiyanı tərk edib. Nəşrin məlumatına görə, alman zabit və əsgərlər “İslandair” şirkətinə məxsus təyyarə ilə Nuuk şəhərini tərk ediblər.
“Geri qayıtmaq əmri bu səhər Almaniyadan gəlib. Əvvəllər planlaşdırılan bütün görüşlər və tədbirlər təcili olaraq ləğv edilib”, - nəşr bildirib. Alman hərbçilərin Qrenlandiyanı qəfil tərk etmələrinin səbəbi açıqlanmayıb.
Mətləb