Dmitriyev: Kallas, X-də paylaşım etməzdən əvvəl spirtli içki içməyin...

18 Yanvar 2026 19:15 (UTC+04:00)

Rusiya Prezidentinin Xüsusi Nümayəndəsi Kirill Dmitriyev Avropa Birliyi diplomatı Kaya Kallasa sosial mediada paylaşım etməzdən əvvəl spirtli içki içməkdə təmkinli olmağı məsləhət görüb.

SİA xatırladır ki, Kallas X-də Qrenlandiya ətrafındakı hadisələrin Rusiya və Çinin xeyrinə oynadığı barədə fikirlərini bildirdi.

Onun sözlərinə görə, Donald Trampın başlatdığı tarif tədbirləri Avropa və ABŞ üçün iqtisadi çətinliklərə səbəb ola və onların ortaq rifahını zəiflədə bilər.

Lakin NATO daxilindəki daxili fikir ayrılıqları Ukrayna ilə Rusiya arasındakı münaqişənin həllini təşviq etmək kimi əsas məqsəddən yayındırmamalıdır.

...Hörmətli Kaya, bəlkə də paylaşım etməzdən əvvəl içki içməmək daha yaxşıdır. ABŞ-ı "daha yoxsullaşmaqla" hədələmək sizin düşündüyünüz güc nümayişi deyil.

Dmitriyev bununla Kallasın açıqlamalarına münasibət bildirib..?

Əli Babayev