Kallas Qrenlandiya məsələsini NATO daxilində həll etməyə çağırdı...

18 Yanvar 2026 18:46 (UTC+04:00)

...Avropa diplomatiyasının rəhbəri Kaya Kallas, ABŞ tərəfindən iddia edilən Qrenlandiya ilə bağlı problemlərin "NATO daxilində" həll edilməsinə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bunu X sosial media platformasında yazıb.

Onun sözlərinə görə, Qrenlandiya ilə bağlı mübahisəli məsələlər NATO müttəfiqlərinin diqqətini əsas vəzifələrindən - Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymağa kömək etməkdən yayındırmamalıdır.

Avropa İttifaqının diplomatik xidmətinin rəhbərinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın səkkiz Avropa ölkəsindən mallara tarif tətbiq etmək barədə açıqlaması "vəziyyətdən tam zövq alan" və bundan qazanc əldə edən Rusiya və Çinin əlinə keçir.

Kallas əlavə edib ki, Amerika liderinin Aİ-yə qarşı tətbiq etdiyi tariflər həm Avropanı, həm də ABŞ-ı yoxsullaşdıra bilər. Bundan əlavə, onlar ölkələrin ortaq rifahına xələl gətirəcək.

...Və yeri gəlmişkən, Tramp deyir ki, Qrenlandiya əsasən iki it xizək komandası tərəfindən müdafiə olunur..?

Əli Babayev