Azərbaycan Basketbol Liqası: "Sabah" "Şəki" üzərində qələbə qazanıb

18 Yanvar 2026 17:02 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında XIII turunda "Sabah" "Şəki" üzərində qələbə qazanıb.

SİA xəbər verir ki, Bakı İdman Sarayında baş tutan A qrupunun matçı Rimas Kurtinaytisin rəhbrəlik etdiyi komandanın 112:65 hesablı qələbəsi ilə nəticələnib.

Turun son matçı bu gün saat 18:00-da NTD və "Abşeron Lions" arasında keçiriləcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Naxçıvan" "Lənkəran"ı (106:75), "Ordu" "Sərhədçi"ni (98:82), "Neftçi" "Gəncə"ni (77:75), "Sumqayıt" "Quba"nı (94:90) məğlub edib.