Sabunçu rayonunda 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

18 Yanvar 2026 15:16 (UTC+04:00)

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.