Şəmkirdə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
SİA-nın məlumatına görə, 1993-cü il təvəllüdlü A.Məmmədov evin həyətində yerləşən tövlənin dam örtüyündən ot bağlaması düşürərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb və bu vaxt onun başı beton səthə çırpılıb.
Ağır xəsarət alan zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.